XİN: “Azərbaycanın Brüsseldəki səfirliyi gücləndirilmiş iş rejimində çalışır”
Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.
Bu haqda 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.
XİN sözçüsünün sözlərinə görə, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər:
“Hazırda NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.
1news.az
603