Davudoğlu: “Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunmalıdır”
Yeni hökumətimiz Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğalının dayandırılması və Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərməyə davam edəcək.
1news.az Haberler.com- a istinadla verdiyi xəbər görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlunun hazırladığı 64-cü hökumət proqramında qeyd edilir.
Onun sözlərinə görə, rəsmi Ankara bundan sonra da Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Bakı ilə İrəvanın münasibətlərində gərginliyin aradan qaldırılması üçün addımlar atacaq:
“Növbəti dövrdə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı addımlar da atılacaq. Sülh, təhlükəsizlik və rifahın Qafqazda yalnız bu yolla bərpa olacağını düşünürük”.
Proqramda bundan əlavə qeyd olunur ki, Azərbaycanla Türkiyə arasında hökumətlərarası anlaşmayla imzalanan TANAP layihəsi bu dövrdə həyata keçiriləcək.
1news.az