Qazaxıstan xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək

16:46 - 25 / 11 / 2015
Qazaxıstan xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək

Dekabrın 4-də Qazaxıstan xarici işlər nazirinin birinci müavini - “Astana Ekspo-2017” beynəlxalq ixtisaslaşmış sərgisinin komissarı Rapil Joşıbayev dekabrın 4-də Azərbaycana səfər edəcək.

1news.az Qazaxıstan səfirliyinin mətbuat xidmətinə istinad edərək xəbər verir ki, elə həmin gün R.Joşıbayev Azərbaycanın energetika naziri, “Ekspo-2017”də Azərbaycan bölməsinin komissarı Natiq Əliyevlə görüşəcək. Görüşdə Azərbaycanın “Astana Ekspo-2017” beynəlxalq ixtisaslaşmış sərgisində iştirakı ilə bağlı saziş imzalanacaq.

R.Joşıbayevin ölkəmizə 2014-cü ilin 9 oktyabrında olan ötən səfəri zamanı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, energetika naziri Natiq Əliyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşləri olmuşdu.

1news.az

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər