İSESKO rəhbəri Qafqaz Müsəlmanları İdarəsində olub | 1news.az | Xəbərlər
Siyasət

İSESKO rəhbəri Qafqaz Müsəlmanları İdarəsində olub

09:19 - 26 / 11 / 2015
İSESKO rəhbəri Qafqaz Müsəlmanları İdarəsində olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinlə görüşüb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə QMİ sədri A.Paşazadə Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan İSESKO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından rəğbətlə danişıb. Bu işdə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin şəxsi əməyinin olduğunu xüsusi vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün islam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə İSESKO rəhbərinə dərin minnətdarlığını bildirən şeyxülislam A.Paşazadə Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən A.Paşazadə əl-Tüveycrinin Azərbaycana hər gəlişində QMİ sədri ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb.

Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.

QMİ sədri İSESKO-nun Bakıda keçirilən ali tədbirinin işinə öz xeyir-dualarını çatdırıb.

Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A.Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini deyib.

Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən əl-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

1news.az

 

Paylaş:
599

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər