Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu axşam Azərbaycana gəlir.
1news.az APA-ya istinadla verdiyi xəbər görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.
Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.
O, həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.
Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.
1news.az
532