Xarici işlər naziri Gürcüstana yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Xarici işlər naziri Gürcüstana yola düşüb

13:06 - 26 / 11 / 2015
Xarici işlər naziri Gürcüstana yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir Tbilisidə keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak edəcək.

Səfər çərçivəsində E.Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

1news.az

 

Paylaş:
676

Son xəbərlər

İlham Əliyev Şamaxıda

23 / 03 / 2026, 11:49
Bütün xəbərlər