Müdafiə Nazirliyi 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlərə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlərə aydınlıq gətirib

14:52 - 30 / 11 / 2015
Müdafiə Nazirliyi 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlərə aydınlıq gətirib

Bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının  ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də öz arzusu ilə Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

“Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit  – general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə öz arzusu ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaqlar”, - deyə, MN bəyan edib.

1news.az

Paylaş:
615

Son xəbərlər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!02 / 12 / 2024, 21:00Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir02 / 12 / 2024, 20:53Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər02 / 12 / 2024, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var02 / 12 / 2024, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək02 / 12 / 2024, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıb02 / 12 / 2024, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin görkəmli xadimləri02 / 12 / 2024, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB02 / 12 / 2024, 16:55Bakıda hərbçi qəfil vəfat etdi02 / 12 / 2024, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır02 / 12 / 2024, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdi02 / 12 / 2024, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb02 / 12 / 2024, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb02 / 12 / 2024, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib02 / 12 / 2024, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı02 / 12 / 2024, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır02 / 12 / 2024, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib02 / 12 / 2024, 14:36RİNN haqqında əsasnamə dəyişib02 / 12 / 2024, 14:30Daha bir məktəbdə yanğın olub02 / 12 / 2024, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu02 / 12 / 2024, 13:54
Bütün xəbərlər