Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayıb

11:05 - 20 / 11 / 2015
Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayıb

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT PA-nın prezidenti İlkka Kanervanın Daimi Şuraya müraciətini alqışlayır.

1news.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1078 saylı iclası ilə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT məkanında etimad tədbirlərinə xidmət edən parlamentlərarası əməkdaşlığı dəstəkləyir:

“Məhz bu çərçivədə biz assambleyanın 2014-cü ildə keçirilən illik iclasına ev sahibliyi etmiş və Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğumuzu ifadə etmişdik. Eyni qaydada, biz noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Parlament Assambleyasına dəvət göndərmişdik. Təəssüf ki, assambleya ATƏT-ə üzv dövlətin bu təklifini rədd etdi və əvəzinə DTİHB-nin qurumun mandatına uyğun olmayan birtərəfli qərarına əməl etdi”.

Bununla yanaşı, sənəddə Azərbaycanın assambleyanın ATƏT məkanında “dondurulmuş” münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləməsi ilə bağlı ardıcıl mövqeyini alqışladığı vurğulanır.

Qeyd edək ki, ATƏT Parlament Assambelyasının prezidenti İlkka Kanevra Daimi Şuranın noyabrın 19-da keçirilən iclasında ATƏT-i Azərbaycanda ofisini bərpa etməyə çağırıb.

1news.az

Paylaş:
539

Son xəbərlər

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03Universitetlərdə yeni ixtisasların açılması üçün təkliflər hazırlanacaq17 / 09 / 2024, 15:33Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib17 / 09 / 2024, 15:29Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar17 / 09 / 2024, 15:13Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir17 / 09 / 2024, 14:54“Rhenus Group” şirkəti COP29-un tərəfdaşı olacaq17 / 09 / 2024, 14:37Silah, nakotik satışı - Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər saxlanılıb17 / 09 / 2024, 14:33Bu gün Səməd Səmədovun doğum günüdür17 / 09 / 2024, 14:29HDQ-də “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir - VİDEO17 / 09 / 2024, 14:06
Bütün xəbərlər