Əhməd Davudoğlunun Azərbaycana səfərinin proqramı məlum olub
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı və proqramı məlum olub.
1news.az APA-ya istinadla xəbər verir ki, bu haqda Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, baş nazir dekabrın 3-də günorta saatlarında Azərbaycana gələcək.
Ə.Davudoğlu həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Artur Rəsizadə ilə görüşəcək. Növbəti gün isə türkiyəli nazirin ADA Universitetində çıxışı planlaşdırılır.
Türkiyə baş nazirinin Azərbaycan səfəri dekabrın 4-də başa çatacaq.
1news.az
577