Milli Məclisin yeni üzvləri təsdiq edilib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin yeni üzvləri təsdiq edilib

13:56 - 01 / 12 / 2015
Milli Məclisin yeni üzvləri təsdiq edilib

Beşinci çağırış Milli Məclisin parlament komitələrinin yeni üzvləri təsdiq edilib.

1news.az-ın verdiyi xəbər görə, yeni seçilən deputatlardan Vüsal Hüseynov və Elşən Musayev - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Mahir Abbaszadə, Aydın Hüseynov və Tahir Mirkişili - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Mirzəcan Xəlilov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldəniz Səlimov və Elçin Quliyev - Aqrar siyasət komitəsinin, Araz Əlizadə - Əmək və sosial siyasət komitəsinin, Kamran Bayramov - Regional məsələlər komitəsinin, Pərvin Kərimzadə - Elm və təhsil komitəsinin, Ülviyyə Ağayeva və Ülviyyə Həmzəyeva - Mədəniyyət komitəsinin, Əflatun Amaşov, Tahir Kərimli, Elman Nəsirov və Hikmət Məmmədov - İnsan hüquqları komitəsinin, Nəsib Məhəməliyev və Məmmədov Müslüm - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Rəşad Mahmudov və Kəmaləddin Qafarov - Səhiyyə komitəsinin, Dilarə Cəbrayılova və Sona Əliyeva - Ailə, qadın və uşaq məsələləri komitəsinin, Naqif Həmzəyev, Şahin İsmayılov və Elşad Həsənov isə - Gənclər və idman komitəsinin yeni üzvləri kimi fəaliyyət göstərəcəklər.

Digər komitə üzvlərinin böyük əksəriyyəti isə üzv olduqları komitələrdə yenidən təmsil olunacaqlar.

Qeyd edək ki, iclasda Milli Məclisin Toponimiya komissiyasının üzvləri də seçilib.

Parlamentin növbəti plenar iclası dekabrın 4-də keçiriləcək.

1news.az

 

Paylaş:
674

Son xəbərlər

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşübBu gün, 13:24ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edirBu gün, 12:55Azərbaycan Prezidenti müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıbBu gün, 12:46COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir, İlham Əliyev tədbirdə iştirak edirBu gün, 12:38Sabahın hava proqnozuBu gün, 12:07İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblərBu gün, 11:56Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir”Bu gün, 11:50Ayxan Hacızadə: Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olurBu gün, 11:39COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji dəhlizi”nin yaradılması üzrə memorandum imzalayıblarBu gün, 11:35Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olubBu gün, 11:26Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edibBu gün, 11:21DYP piyadalara müraciət edibBu gün, 10:53Azərbaycan neftinin qiyməti 74 dolları keçibBu gün, 10:33Əmtəə bazarlarında qızıl 2 600 dollar civarında ticarət olunurBu gün, 10:15Sumqayıtda biri azyaşlı 3 nəfər dəm qazından zəhərlənibBu gün, 09:57Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:38Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 09:27Xəzər dənizində zəlzələ olubBu gün, 09:13XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaqBu gün, 09:04İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 09:02
Bütün xəbərlər