Azərbaycanın XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

10:12 - 03 / 12 / 2015
Azərbaycanın XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Dekabrın 2-dəxarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası), Pyer Andryu (Fransa) ilə görüşüb. Görüşdə eyni zamanda ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsiAndrej Kaspişik də iştirak edib.

1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk qrupunun (MQ) həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində MQ-nin fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupunun həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər