Çavuşoğlu: “Azərbaycan qlobal proseslərə mühüm töhfə verib” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Azərbaycan qlobal proseslərə mühüm töhfə verib”

13:18 - 27 / 11 / 2015
Çavuşoğlu: “Azərbaycan qlobal proseslərə mühüm töhfə verib”

“Azərbaycan qlobal proseslərə mühüm töhfə verib və Antalyada G20 sammiti zamanı Ankaranın mövqeyini gücləndirib”.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən bəhs edən M.Çavuşoğlu bildirib ki, Türkiyədə layihəni icra edən şirkətin üzləşdiyi hüquqi problemlə əlaqədar bir qədər yubanma oldu. Qısa vaxtda bu məsələ həllini tapacaq. Nazir bildirib ki, ölkələrimizin regionda böyük önəmi var.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq mexanizmləri də uğurla davam etdiriləcək. Gələn il Türkiyə, Azərbaycan, Türkmənistan xarici işlər nazirlərinin görüşü də baş tutacaq.

Nazir bütün məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycanın yanında olduğunu deyib:

“Türkiyə problemin həlli məsələsinə hər zaman konstruktiv şəkildə dəstək verir”.

Cavuşoğlu onu da bildirib ki, Bakı və Ankara terrorizmin hər cür təzahür formalarına qarşı mübarizədə həmfikirdilər.

1news.az

Paylaş:
488

Son xəbərlər

Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTOBu gün, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib09 / 11 / 2024, 11:54
Bütün xəbərlər