Müdafiə naziri Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb

16:38 - 17 / 11 / 2015
Müdafiə naziri Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb

Noyabrın 17-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.

1news.az-ın məlumatına görə, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycanın müdafiə naziri ilə Türkiyənin Quru Qoşunları komandanı arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. 

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səmərəli səfərini xatırladan müdafiə naziri son illər ölkələrimizin həm Quru Qoşunları, həm də Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. 

“Fəaliyyətlərimiz dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq edilmiş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcək. Bu iş bütün sahələrdən olan mütəxəssislərin cəlb olunması ilə, Silahlı Qüvvələrin ehtiyac və tələbləri nəzərə alınmaqla mərhələli şəkildə davam edəcək”, - deyə general-polkovnik Z.Həsənov bildirib. 

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

“Tarixi dərindən öyrənərək bundan nəticə çıxarmalı, güclü olmaq üçün birlikdə olmalıyıq. Əməkdaşlığımız hər iki ölkənin Silahlı Qüvvələrinə təcrübə və fayda verməlidir”, - deyə S.Çolak bildirib. 

Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər noyabrın 19-dək davam edəcək.

1news.az

 

Paylaş:
526

Son xəbərlər

“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19
Bütün xəbərlər