XİN: “Erməni terrorizmi” beynəlxalq səviyyədə tədqiqat obyektinə çevrilib” | 1news.az | Xəbərlər
Siyasət

XİN: “Erməni terrorizmi” beynəlxalq səviyyədə tədqiqat obyektinə çevrilib”

15:28 - 17 / 11 / 2015
XİN: “Erməni terrorizmi” beynəlxalq səviyyədə tədqiqat obyektinə çevrilib”

“Azərbaycan bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm təhlükəsi və beynəlxalq terrorizmin hədələri ilə üz-üzədir”.

1news.az-ın verdiyi xəbər görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətini rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın çıxışına cavab olaraq deyib.

H.Hacıyev bildirib ki, erməni terrorizmi və rəsmi İrəvanın dövlət səviyyəsində terrorizmi dəstəkləmə siyasətini unudan Ermənistan xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, öz tarixi keçmişinə və “modus operandi”sinə görə “erməni terrorizmi” beynəlxalq səviyyədə terrorizmin xüsusi bir sahəsi kimi tədqiqat obyektinə çevrilib:

“Ermənistan rəsmilərinə, o cümlədən bioloq-diplomat Şavarş Koçaryana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin erməni terrorizmi haqqında məxfilik təsnifatı üzərindən götürülmüş və internetə yerləşdirilmiş xüsusi hesabatları və tədqiqatları ilə tanış olmağı tövsiyə edərdik. XIX əsrin sonlarından vüsət alan silahlı daşnak və “Hnçak” hərəkatları, Çar Rusiyasının erməni terrorçularının sığınacağına və silah anbarına çevrilən erməni kilsələrinin mülkiyyətinin müsadirəsinə dair 12 iyun 1903-cü il tarixli qərarı, I Dünya müharibəsi zamanı Şərqi Anadoluda və 1918-ci ilin martında Bakıda törədilmiş qırğınlar erməni terrorizminin tarixi əsaslarını sübut edən tutarlı faktlardır.

Ötən əsrin 70-ci illərindən başlayaraq vüsət alan erməni terrorizminin yeni dalğası ASALA və onun alt-qrupları olan “Orli Group”, “Geqaron”, “Erməni ittifaqı”, “Gənc erməni ittifaqı”, “9 iyun qrupu”, “Sui-qəsd eskadronu”, “Apostol”, “İsveç qrupu” kimi terror təşkilatlarının yaranması və onların Yaxın Şərq, Avropa və Şimali Amerikada törədikləri qanlı terror əməlləri ilə yadda qaldı. Bu gün terrorizmdən əziyyət çəkən Fransada ən qəddar və qanlı terror aktlarını da məhz ASALA törədib.

15 iyul 1983-cü ildə Fransanın Orli hava limanında törədilmiş qanlı terror hadisəsi bunun bariz sübutudur. 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tərkib hissəsi olaraq erməni terror təşkilatları və Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat sistemində və digər ictimai obyektlərdə 32-dən artıq silsilə terror aktları törədilib, minlərlə günahsız insan bu terror hücumlarının qurbanı olub. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübuta yetirilib.

1992-ci ilin 26 fevral tarixində ASALA-nın “Aramo” və “Arabo” qruplarının iştirakı ilə günahsız insanlara qarşı Xocalı faciəsinin törədilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin ən ifrat nümunəsidir. Hal-hazırda ASALA terror təşkilatı və onun alt-elementləri tam şəkildə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya edilib.

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib".

XİN rəsmisinin sözlərinə görə, Ermənistan bəlkə dünyada yeganə ölkədir ki, terrorçuluq ənənələri ilə fəxr edir:

“Bunun bariz nümunəsi kimi faşist müharibə cinayətkarı, general Dro və ASALA-nın üzvü, qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə İrəvanda abidələr qoyulub. Erməni terrorçularının əməlləri “milli qəhrəmanlıq” nümunəsi kimi orta və ali məktəb dərsliyinə daxil edilib”.

1news.az

 

Paylaş:
737

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər