Milli Məclisdə müxalifət nümayəndəsinin vitse-spiker təyin edilməsi təklifi irəli sürülüb
Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri parlamentin daxili nizamnaməsi mətninə vitse-spikerlərindən biri vəzifəsinə azlıq təşkil edən partiyaların nümayəndəsini təyin etməyin lazım olması barədə maddə daxil etməyi təklif ediblər.
1news.az-ın verdiyi xəbərə görə, Hüquq siyasəti və dövlət quruculuğu üzrə komitənin toplantısında müvafiq təşəbbüslə Vahid Xalq Cəbhəsi partiyası sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
“Parlamentin daxili nizamnaməsinə dəyişikliklər üzrə” qanun layihəsi müzakirəsində çıxışı zamanı Q.Həsənquliyev qeyd edib ki, müxalifət nümayəndəsinin vitse-spiker vəzifəsinə seçilməsi ölkənin qanunverici orqanının çoxpartiyalılığı və demokratiyanın növbəti nümayişi olacaq.
Müvafiq təkliflə “Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı da razılaşıb. Onun sözlərinə əsasən, zərurət yaranacağı halda müxalifət üzvlərindən seçiləcək daha bir vitse-spiker vəzifəsi təsis etmək olar.
“Düşünürəm ki, ölkənin Milli Məclisə seçilən müxalifət partiyalarının nümayəndələri parlament kamitələrinə rəhbərlik etməyi, o cümlədən vitse-spiker səlahiyyətlərini yerinə yetirməyə imkan verən bütün keyfiyyətlərə malikdir”,- deyə F.Ağamalı qeyd edib.
Cavab olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi rəhbəri Əli Hüseynli qeyd edib ki, təşəbbüslər düzəlişlərin təşəbbüskarlarının da dəvət olunacağı normativ aktların baxılması üzrə işçi qrupu çərçivəsində müzakirə edilə bilər.
1news.az