AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub
AŞPA Monitorinq Komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu haqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun məlumat verir. Onun sözlərinə görə yeni həmməruzəçi avstriyalı deputat Stefan Şennakdır.
O, Polşa təmsilçisi Tadeuş İvinskini əvəzləyəcək.
Qeyd edək ki, oktyabrın 25-də Polşada keçirilən parlament seçkilərində T.İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.
1news.az
692