Azərbaycanda qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır

14:12 - 09 / 12 / 2015
Azərbaycanda qanunsuz toplantı, mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır

Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır.

1news.az-ın APA-ya istinad edərək verdiyi xəbərə görə, bu halları nəzərdə tutan maddə yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib.

Yeni məcəllədə “Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” adlanan 512-ci maddədə deyilir ki, “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3 000 manatdan 6 000 manata qədər, hüquqi şəxslər 15 000 manatdan 60 000 manata qədər cərimə olunur".

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydanın pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur.

Maddənin ikinci hissəsində isə deyilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manata qədər cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saata qədər ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq edilir.

Maddənin “Qeyd” hissəsində isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti tətbiq olunur.

Qeyd edək ki, göstərilən hallarla bağlı hazırda qüvvədə olan 298-ci maddə “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması” adlanır və qısa olaraq belə təsbit olunur: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə, xəbərdarlıq edilir və ya 7 manatdan 13 manatadək miqdarda cərimə edilir".

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.

1news.az

Paylaş:
1052

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər