Avropa Şurasının baş katibi Prezident İlham Əliyevə başsağlığı verib
Avropa Şurasının baş katibi Torbörn Yaqland Prezident İlham Əliyevə başsağlığı verib.
1news.az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, başsağlığı mətnində deyilir:
“Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm”.
1news.az
967