Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığı bütün sahələrdə gücləndirmək lazımdır” | 1news.az | Xəbərlər
Siyasət

Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığı bütün sahələrdə gücləndirmək lazımdır”

11:40 - 09 / 12 / 2015
Pakistan prezidenti: “Azərbaycanla əməkdaşlığı bütün sahələrdə gücləndirmək lazımdır”

“Pakistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən dərin əməkdaşlığa ehtiyac var”.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Pakistan qarşılıqlı fayda və inkişaf naminə bütün sahələrdə əməkdaşlığı genişləndirməlidir. M.Hüseyn qeyd edib ki, hazırda Pakistanla Azərbaycan arasındakı ticarət əlaqələri mövcud potensialla uyğun deyil:

“Ticarət və investisiya əməkdaşlığını gücləndirmək lazımdır”.

Pakistan prezidenti ölkəsi ilə Azərbaycan arasında birbaşa hava xəttinin “Turkish Airlines” vasitəsi ilə bərpasını yüksək qiymətləndirərək bunun ticarət, turizm və insanlararası münasibətlərə töhfə verəcəyini bildirib. O, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıqdan məmnunluğunu qeyd edərək əlavə edib ki, Pakistan ən nüfuzlu hərbi institutlarında Azərbaycan silahlı qüvvələri üçün treninqləri davam etdirəcək.

M.Hüseyn həmçinin Azərbaycanın Camu və Kəşmir məsələsindəki dəstəyinə görə təşəkkür edərək Pakistan hökumətinin və xalqının Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

1news.az

Paylaş:
598

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər