Poroşenko "Günəşli" yatağındakı qəzayla əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verib
Ukrayna prezidenti Pyotr Poroşenko "Günəşli" yatağında baş vermiş qəzayla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
1news.azUkraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, prezident P.Poroşenko Ukrayna xalqı və şəxsən öz adından "Günəşli" yatağında baş vermiş qəzada dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyevə yazdığı məktubda Ukrayna dövlət başçısı insanların faciəli ölümlərini kədərlə qarşıladığını, bu matəm və kədər anında Ukrayna xalqının dost Azərbaycan xalqının ağrılarını paylaşdığını qeyd edib.
1news.az
670