Bahar Muradova: “Qoşunların təmas xəttində təxribatın olmadığı bir gün belə keçmir” | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: “Qoşunların təmas xəttində təxribatın olmadığı bir gün belə keçmir”

13:05 - 11 / 12 / 2015
Bahar Muradova: “Qoşunların təmas xəttində təxribatın olmadığı bir gün belə keçmir”

“Qoşunların təmas xəttində təxribatın olmadığı bir gün belə keçmir”

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova cəbhə xəttində atəşkəsin pozulması hallarının artması məsələsini şərh edərək junalistlərə bildirib.

Onun  sözlərinə görə, atəşkəs rejiminə baxmayaraq cəbhə xəttində daim müasir silahlardan istifadə olunmaqla silahlı toqquşmalar  baş verir ki, bu da hər iki tərəfdən itkilərlə nəticələnir. Bu toqquşmalar regiondakı stabillik və təhlükəsizliyə ciddi zərər vurur.

Rusiyanın Ermənistanı hərbi helikopterlə təmin etməsi sualına cavab verən Bahar Muradova bildirib ki, Azərbaycan Rusiya ilə müttəfiq ölkədir.

“Biz Rusiya tərəfdən  onların başqa ölkələrlə olan münasibətlərinin Azərbaycana qarşı yönəlmədiyi ilə bağlı bəyatları eşitmişik. Helikopterlərin göndərilməsinin də bu bəyanatlara zidd olmadığına inanmaq istəyirik”-deyə B.Muradova söyləyib.

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər