Azərbaycan PA rəhbərinin müavini: “Həmsədr ölkələr münaqişənin həllinə ciddi və ədalətli yanaşmır” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan PA rəhbərinin müavini: “Həmsədr ölkələr münaqişənin həllinə ciddi və ədalətli yanaşmır”

19:14 - 12 / 12 / 2015
Azərbaycan PA rəhbərinin müavini: “Həmsədr ölkələr münaqişənin həllinə ciddi və ədalətli yanaşmır”

“Prezidentlərin görüşü bu ay olacaq, dəqiq tarix hələ məlum deyil”

“Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar, bu ay görüş olmalıdır”.

Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib. 

Görüşünün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N. Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: “Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub”.

APA

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər