SOCAR: “Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: “Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır

20:16 - 14 / 12 / 2015
SOCAR: “Günəşli”dəki 10 saylı dərin dəniz özülü ətrafında ekoloji vəziyyət nəzarət altındadır

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə dekabrın 4-də qəzadan dərhal sonra Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və bp şirkətinin mütəxəssislərindən ibarət yaradılmış birgə işçi qrupun həyata keçirdiyi tədbirlər planı çərçivəsində əraziyə əlavə olaraq xüsusi təchiz edilmiş 6 gəmi cəlb olunub.

Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədilə xüsusi bonları su səthinə düzüb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.

Xatırladaq ki, dünya təcrübəsində dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə əsasən iki tip - optik və radar peyk təsvirlərindən geniş istifadə olunur. Dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılıb və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb. Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən çəkilmiş şəkillər olan ərazilər “Azərkosmos” ASC, Kanadanın “MDA” şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizinin radar tipli peyk təsvirlərini analiz edərək, “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyini təsdiqləyib.

Görülən işlər sübut edir ki, “Günəşli” yatağındakı qəza nəticəsində baş verə biləcək istənilən ekoloji fəsadın və ərazinin ekoloji durumuna mənfi təsir edə biləcək hadisələrin qarşısı alınacaq.

Paylaş:
1008

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər