Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

10:15 - Bu gün
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada” markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

Bu barədə 1news.az-ya Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 60 gün inzibati qaydada həbs edilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər