“Mən ermənilərin böyük dostuyam!” və ya antiazərbaycan sanksiyalarını təklif edən ABŞ konqresmeni Kris Smit kimdir? | 1news.az | Xəbərlər
Siyasət

“Mən ermənilərin böyük dostuyam!” və ya antiazərbaycan sanksiyalarını təklif edən ABŞ konqresmeni Kris Smit kimdir?

18:46 - 17 / 12 / 2015
“Mən ermənilərin böyük dostuyam!” və ya antiazərbaycan sanksiyalarını təklif edən ABŞ konqresmeni Kris Smit kimdir?

16 noyabr tarixində Avropada Əməkdaşlıq və Təhlükəsizlik üzrə Amerika Komissiyasının saytında verilən məlumata görə, Helsinki komissiyası (HK) adı ilə tanınan bu strukturun rəhbəri Azərbaycanla bağlı qanunun qəbuluna təşəbbüs göstərib.

Məmurların vizalarına qadağa

Qeyd olunduğu kimi, komissiya sədri Kris Smit ( Nyu-Cersidən Respublikaçılar partiyası konqresmeni )  HR 4264 “Azərbaycanda demokratiyaya dair akt” adlı qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, ABŞ-a “ Azərbaycan hökümətindən olan yüksək vəzifəli şəxlərə viza verməkdən imtana” təklif olunur.

“ Biz qəbul edirik ki, ölkələrimiz arasında milli təhlükəsizlik və iqtisadi sahədə ciddi əlaqələr mövcuddur. Lakin Birləşmiş Ştatlar artıq Azərbaycanda insan haqları ilə bağlı  neqativ hallara biganə qalmamalıdır”, - HK-nın saytında K.Smitin çıxışından sitat verilib.

Viza rejiminə qadağa qoyulmasından əlavə, qanun layihəsi “Azərbaycan höküməti, məhkəməsi, təhlükəsizlik orqanları nümayəndələri ilə işgüzar əməkdaşlıq nəticəsində maliyyə dəstəyi alan amerikalılara qarşı  ciddi cəzaların tətbiq edilməsini” nəzərdə tutur.

Bundan əlavə qanun layihəsindəki bəzi məqamlar təkcə müəyyən hökumət üzvlərinə deyil, bütövlükdə,  Azərbaycan xalqına qarşı yönəlib. Onların sırasında ABŞ-ın üzv olduğu beynəlxalq institutların ölkəyə olan  maliyyə dəstəyinin azaldılması; Azərbaycan əhalisinin müəyyən kateqoriyasına daxil olan insanların ABŞ  və digər ərazilərdə yerləşən əmlakının müsadirə olunmasını qeyd etmək olar. ( Qanun layihəsinin  müddəaları  1news.az saytındakı xüsusi materialda nəzərdən keçiriləcək)

“Azərbaycan hökuməti nümayəndələrinin Birləşmiş Ştatlara sərbəst şəkildə gəlməsi qəbuledilməzdir”- deyə, fikrini ümumiləşdirən K.Smit bu məqamda Xədicə ismayıl, İntiqam Əliyev, İlqar Məmmədov və Anar Məmmədlinin həbsi məsələsini də xatırlanıb.

Mürəkkəb zaman

Hazırkı müərəkkəb zamanda belə bir sənədin qəbulu haqda təklifin səslənməsi təəccüb yaratmaya bilməz.

Məlumdur ki, regiondakı, yəni, “Böyük Yaxın Şərqdə” stabillik, belə demək mümkünsə  “can verir”. İŞİD terror qruplaşmasının nəzarəti altında olan İraq və Suriya ərazisinda xaos hakimdir. Bu terror qruplaşmasına qarşı mübarizə gözlənilmədən NATO təmsilçiləri ilə Rusiya arasında açıq qarşıdurmaya çevrildi. Bu vəziyyət Rusiya qırıcısının vurulması ilə bağlı insidentdən sonra rus-türk münasibətlərini faktiki olaraq sonlandırdı.

Bu proseslər nəticəsində, Rusiyada qonşu ölkələri “bizimkilər” və “özgələr”ə bölən, həmin  ölkə rəhbərliklərinə Rusiya ilə ,yoxsa ona qarşı olduğunu müəyyənləşdirmək mesajını verən qüvvələr aktivləşdi.  

Bəzi “maraqlı tərəflər”, əsasən, erməni lobbisi,  də buradan öz xeyirlərini güdərək  RF ərazisində “erməni soyqırımını” inkar edənlərə qarşı cəza tətbiqini nəzərdə tutan  qanun layihəsini hərarətlə dəstəkləyir. Lakin bu qanunun qəbul olunması təşəbbüsü Azərbaycan əhalisi və Rusiyada yaşayan azərbaycanlılar arasında kəskin etiraza səbəb oldu. O, ikitərəfli münasibətlərdə qıcıqlanma yaratdı.

Xəzər dənizində ciddi maraqlara sahib olan ABŞ-a  Azərbaycan istiqamətində aktivliyi artıqmaq, uzun zaman ərzində müxtəlif sahələrdə- energetikadan tutmuş, terrorizmlə birgə mübarizəyə qədər  sahələrdə hazırkı mürəkkəb dövrdə əlaqələri itirməmək üçün sanki Allah yol açmışdı.

Həqiqətən də,    Bakı və Vaşinqton arasındakı manasibətlərdə davamlı soyumanın ardından əməkdaşlığın bərpası imkanları görünürdü.

“G -20” Sammiti zamanı Azərbaycan və ABŞ prezidentləri arasında qısamüddətli danışıq baş tutub, Azərbaycan dövlət başçısı çıxışlarından birində ölkəmizdəki infrastruktur layihələrin reallaşdırılmasında  Birləşmiş Ştatların dəstəyini  xüsusi vurğulayıb.

ABŞ diplomatlarının çıxışlarında da dəyişlik gözə dəyirdi. Yaxın günlərdə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Amos Hokstayn Avropaya “qaz” pəncərəsi açacaq Cənub qaz dəhlizinin reallaşdırılması haqqında ruh yüksəkliyi ilə danışıb və Azərbaycanın layihəsindəki aparıcı rolunu qeyd edib.        

Bundan bir müddət əvvəl isə 2 amerika heyəti- Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibi köməkçisinin müavini Bridced Brinkin rəhbərliyi  və ABŞ Hərbi-Dəniz Qüvvələri Katibi Rey Meybasın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etmişdi.

Bəs niyə    Helsinki Komissiyasına rəhbərlik edən Kris Smit Azərbaycana qarşı mənfi mövqeyi ilə  məhz indi aktivləşdi?

Bu hal təsadüfidirmi, yoxsa hansısa bir səbəbdən qaynaqlanır?

Bu suala cavab verməzdən əvvəl, qeyd edək ki, Helsinki Komissiyası ABŞ Federal hökumətinin müstəqil agentliyidir.  Avropa ölkələrində insan haqları, demokratiya, iqtisadi və ekoloji əməkdaşlığın inkişafı məsələsi ilə məşğul olur. Komissiya 52 ölkə ilə əməkdaşlıq edir. Lakin onlardan bəziləri HK –nın diqqət mərkəzində daha çox olur.  Əvvəlki araşdırmada qeyd etdiyimiz kimi Cənubi Qafqazda bu strukturun diqqəti tam olaraq Azərbaycana yönəlib

“2012-ci ildən sonra ABŞ-ın Helsinki Komissiyası Cənubi Qafqazın diğər 2 ölkəsi olan Güncüstan və Ermənistan haqqında heç bir dinləmə keçirməyib və hər hansı bir bəyanatla çıxış etməyib. Saytdakı məlumatlara baxsaq görərik ki, Azərbaycan son 2 il ərzində 10 dəfə Bu komissiyanın müzakirə obyekti olub”- deyə tədqiqatda qeyd olunur.

Bu tədbirlərə spiker kimi dəvət olunan qonaqların kimliyinin təhlili antiazərbaycan istiqamətli dinləmələrin keçirilmə səbəbini aydınlaşdırır. Spikerlərin hamısının bu və ya digər səviyyədə erməni diasporu ilə əlaqədar olması HK təşkilatçılarına müzakirələrdə kəskin antiazərbaycan əhval- ruhuyyəsinin yaradılması imkanını verirdi.

Lakin həmin materialda bizim də nəzərimizdən qaçan mühüm məqam HK-nin sədri, 4-cü Nyu-Cersi dairəsinin respublikaçı senatoru Kris Smitin xidmət siyahısıdır.    

Beləliklə...

Who is Mr. Smith?

Kristof Henri “Kris” Smit ( 4 mart 1953-cü il doğumlu) –konqresmen 4-cü Nyu-Cersi dairəsi üzrə 1981-ci ildən Konqresə seçilərək bu günə kimi fəaliyyətinə davam edir. Daha əvvəl demokratlar partiyasına aid olsa da, 1978-ci ildə partiyanı dəyişib respublikaçıların fəal üzvünə çevrilib.

4-cü dairəyə Mərkəzi Nyu-Cersinin kifayət qədər böyük hissəsi daxidir.

Qeyd edək ki, Nyu-Cersi ermənilərin məskunlaşdığı ərazilərə görə amerikada sayca 4-cü yeri tutur. Bu sıralamada o erməni diasporasının daha aktiv olduğu Kaliforniya, Massaçusets və Nyu-Yorkdan geri qalır. Hal -hazırda Smit Nyu-Cersidən olan konqresmenlər heyətinə rəhbərlik edir.     

1981-ci ildən Smit bu dairə üzrə seçkilərdə ardıcıl olaraq qalib gəlir. Bəzi oppanentlərinin fikrincə, bunun səbəbi həmin namizədin ciddi maliyyə dəstəyinin olmasıdır. Bu gün Azərbaycan əleyhinə sanksiyalar tətbiqini təklif edən Smitin gizli himayədarlarının kim olduğunu dəqiq təyin etmək çətindir.  Lakin onun fəaliyyətinə əsaslanaraq müəyyən qənaətlərə gəlmək mümkündür.

Hətta onun fəaliyyətinə qısa sərf-nəzər etdikdə belə görmək olar ki, daxili siyasi gündəmin “ənənəvi” sahələrindən  başqa bu respublikaçı ən azı daha bir mövzuda – “erməni soyqırımı”nın tanınması məsələsində aktivlik nümayiş etdirib.

Konqresmen K.Smit Birləşmiş Ştatlarda “soyqırımın” qəbulunun ən aktiv tərəfdarı kimi tanınır. 

Son 10 il ərzində Smit “soyqırımın” qəbulu ilə bağlı onlarla  açıq bəyanatlar verib ki, bunlardan 5-i məhz bu il səsləndirilib.  (bu aktivlik həm də dünya ermənilərinin qeyd etdiyi “100 illik”lə əlaqədardır)

Konqresmenin çıxışlarından  qısa hissələrə nəzər salaq.

22 aprel 2015-ci il

“ Prezident ( Obama) erməni soyqırımının tanınması ilə bağlı Sizə müraciət edirəm. Bu faciənin 100 illiyi ərəfəsində Alman hökuməti və Papa Fransiskə qoşularaq həqiqəti söyləməliyik.

Mən, həmçinin, Türkiyə hökümətinə soyqırımının qəbulu və olanlara görə üzr istənilməsi ilə bağlı müraciət edirəm. Suriya və İraqda kütləvi qırğınların baş verdiyi dönəmdə dünyaya qonşularla konstruktiv əməkdaşlıq əlaqələrinə sahib olan Türkiyə lazimdir.  Türkiyə hökuməti öz keçmişində baş verən hadisələri qəbul edikdən sonra buna nail ola bilər” – deyə Smit Vaşiqtonda “Soyqırımın 100 illiyi” haqda  çıxışı zamanı bildirib.

Mənbə: Konqresmen Kris Smitin saytı.

15  aprel 2015-ci il

“ Otən bazar günü mən “Brookdale”-dəki kollecde oldum. Burada erməni soyqırımı ilə bağlı sərgi və iki kitab təqdimatı keçirildi. Sərgidə soyqırımı yaşayan və sonra Monmurta köçən etmənilərin həyatından bəhs olunur.

Bu kitabın yaradıcıları hamıya, o cümlədən amerika erməniləri və hətta bu soyqırımı qəbul etməyənlərə də böyük xidmət göstərib. Kitan həqiqətə yol açır”, - dəyə ,Konqresdəki çıxışı zamanı Smit bir daha hökuməti  “erməni soyqırımı”nı tanımağa çağırıb.

Mənbə: ABŞ Konqresi Kitabxanası

Fotoda: Konqresmen Kris Smit, prof. Asbed Vasilyan və Deyl Deniel.   

Zamanınızı tərcümələrlə almamaq üçün konqresmen Smitin “erməni soyqırımı” ilə bağlı çıxışlarını orijinalda tıqdim edirik.

SMITH: U.S. must end its denial of Armenian genocide (App.com, Apr 2015) 

Brookdale commemorates Armenian genocide 100th anniversary with exhibits, book release (NJ.com, Apr 2015) 

Congressman Smith Joins Commemoration of 100th Anniversary of the Armenian Genocide (Chris Smith Official Website, Apr2015)

Commemorating the armenian genocide (The Library of Congress, Apr 2013)

On the armenian genocide (US Government Printing Office, Apr 2006)

90th commemoration of the armenian genocide (Helsinki Commission website, Apr 2005)

169 House Members Call on President Bush to Recognize Armenian Genocide (Congressman Frank Pallone Official Website, Apr 2004)

* * * * *

Ədər siz orijinal mətni oxumamısınızsa, qeyd edək ki, bu illər ərzində konqresmen Smitin çıxışlarındakı əsas tezislər dəyişməz olaraq qalıb: “ermənilər öz üzərində 20-ci əsrin ilk soyqırımını yaşayan dünyanın  ən cəfakeş xalqıdır”, “ABŞ hadisələri öz adı ilə cağırmağa və “erməni soyqırımını” tanımağa məcburdur”, “Soyqırım= Xolokost” və s. eyni ruhda tezisləri səsləndirib.

Lakin cənab Smitin çıxışlarını təhlil edərkən gözümüzə maraqlı bir məqam dəydi, bu onun 2008-ci il Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyətlə bağlı Helsinki Komissiyasındakı dinləmələr zamanı səsləndirdiyi çıxışdır.

Qeyd edək ki, bu seçkilərdən sonra fevral ayında yüzlərlə insan nəticələrə etiraz əlaməti olaraq küçələrə axışmışdı. Aksiya iştirakçıları İrəvandakı Azadlıq azadlıq meydanında çadır şəhərciyi qursa da, səhər 1 mart tarixində şəhərə qoşun daxil edilib.

1 mart saat 06:40-da Azadlıq meydanı hərbi qüvvələr tərəfindən mühasirəyə alınıb və meydan boşaldılmışdı. Mitinq iştirakçılarının çoxu həmin vaxt yatırdı.

Bu hadisədən sonra şəhərdə Ter-Petrosyan tərəfdarları ilə Serj-Sarkisyanın silahlı qüvvələri arasında kütləvi qarşıdurma baş verdi.

Sonuncular aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib və nəticədə 10 nəfər həyatını itimişdi.

Erməni xalqını qıcıqlandıran digər məsələ etiraz aksiyasında ölənlərin 40 günü tamam olmamış, prezident Serj Sarkisyanın inauqurasiyası  mərasiminin keçirilməsidir.  

ABŞ və bəzi Avropa ölkələri həmin dövrdə mitinq və ölənlərlə bağlı şərh verməkdən çəkinib səssiz qaldı. (Qibtə ediləcək səssizlikdir!). Lakin Helsinki Komissiyası bu məsələni müzakirə etmək qərarına gəlsə də, hər şey tamam fəqli oldu.

Bu komissiyanın rəhbəri nə söylədi? O, Ermənistan hökümətini “darmadağı”, yerlə- yeksan etdimi? Dinc etirazçıların qanına bais olan Ermənistan hökumətinə qarşı Ağ evi sanksiyalar tətbiq etməyə çağırdımı?

Sənədlərə əsasən bu məsələni izləyək. ( Mənbə: Helsinki Komissiyası saytının məlumat bazası)

“Ermənistanla əlaqə və dostluğun qurulması prosesində uzun illər iştirak etmiş, həmçinin, erməni soyqırımının qəbulu ilə bağlı Konqresdə fəaliyyət göstərən bir şəxs kimi Ermənistanda baş verən hadisələri ürək ağrısı ilə oxudum. Sizinlə birlikdə başsağlığı vermək istəyirəm.

Seçkilərə gəlincə demək istərdim ki,  ATƏT Ermənistanda sonuncu parlament seçkilərindən sonra heç bir inkişaf qeydə alınmayıb, lakin eyni zamanda qeyd edib ki, prezident seçkiləri “əsasən beynəlxalq standartlara uyğun keçirilib, buna baxmayaraq,  prosesin gələcək təkmilləşməsi vacibdir”.   

“...mitinqlər faciə ilə sona çatdı, Ermənistan hökuməti əsas hüquq və azadlıqlarla bağlı məhdudlaşdırma tətbiq etdi. 9 apreldə inauqurasiya zamanı prezident Sarqsyan qeyd etdi ki, Ermənistan vətəndaşlarının əsas hüquqları , ilk növbədə isə azad toplaşmaq hüququ məhdudlaşdırılmalıdır.

Lakin məhdudiyyətlər həyəcan yaratdı. ABŞ hökuməti, ATƏT, Avropa İttifaqı və Avropa Şurası – hər biri bu hadisələrdən narahat olduqlarını ifadə etdi. ATƏT və bir çox beynəlxalq təşkilatlar  nümayişçilərə hücumla bağlı rəsmi açıqlaya inamsız yanaşır”- deyə K.Smit bildirib.

Bu sözlər dinc nümayişçilərin güllələndiyi hadisələrlə bağlı olduqca yumsaq açıqlama kimi səslənib, elə deyilmi?   

Amma sonra daha çox

Qəfildən konqresmen Smit qondarma erməni “qoyqırımını” müzakirə etməyə yönəlir. Xatırladaq ki, bu, etirazçıların ölümü ilə nəticələnən Ermənistanda prezident seçkilərinin yekunlarına həsr olunmuş dinlənilmədə baş verir.

“Cənab sədr, dediyim kimi, Ermənistan üzrə işimin böyük hissəsi erməni soyqırımının tanınması üçün mübarizəyə həsr olunub. Erməni xalqı və həqiqət naminə bizlərdən çoxu Konqresdə işləyərək hökumətimizi təxminən 90 il bundan əvvəl törədilmiş bu dəhşətli cinayətə inandırmağa çalışır. 

Xatırlayıram ki, 2000-ci ilin sentyabrında erməni soyrımı haqqında qətnamənin dinlənilməsinə rəhbərlik etmək şərəfinə nail oldum. Bu, dördsaatlıq dinlənilmə  – bu binanın tarixində ilk dəfə olaraq erməni soyqırımı haqqında dinlənilmə idi. O zaman eşitdiyim faktlar məni qəlbimin dərinliklərinə qədər sarsıtdı.

Lakin, hesab edirəm ki, yalnız bizim ölkəmiz həqiqətin tanınması üçün yüksək standartlara söykənməməlidir. Erməni xalqı adına biz, bu ölkənin hökumətini insan hüquqları sahəsində yüksək standartlara söykənməyə inandırmağa çalışmalıyıq.

Mən, hökumətimizi Ermənistan prezidentinə seçkilərin azad keçirilməsi və media azadlığı istiqamətində təsir etməyə çağırıram. Martın əvvəlində prezident seçkilərindən sonra zorakılıq halları geniş vüsət almışdı. Artıq normal həyata qayıtmaq vaxtıdır.

Ümid edirəm ki, Ermənistan prezidenti xaricdəki  çoxsaylı dostlarının xeyirli məsləhətlərinə xüsusi diqqət ayıracaq. Hər dəfə, Ermənistan hökuməti insan hüquqları və demokratiya istiqamətində standartlar irəli sürəndə bu, onun dostlarını daha effektli dəstəyə motivasiya edirdi. Və əlbəttə ki, mən, özümü Ermənistanın ən böyük dostlarından biri hesab edirəm”, - Smit o zaman bəyan edərək, bununlada o, Ermənistan hakimiyyətini etirazçıların qəsdən öldürülməsi məsələsində bir dəfə də olsun qınamadı və hətta həmin hadisələrlə bağlı əsaslı araşdırma aparmağa da çağırmadı.

Əlbəttə ki, konqresmen Smit Ermənistan hakimiyyətinə qarşı hər hansı bir sanksiyanın təbiqi barədə nə o zaman, nə də sonra danışmadı.

Lakin, 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı elə həmin dinlənilmədə o, Dağlıq Qarabağ və Azərbaycan haqqında danışmağa vaxt tapdı. 

“Cənab sədr, mən Dağlıq Qarabağ haqqında bir neçə söz deməliyəm. “Reuter” agentlyinin yaydığı məlumata görə, martın 4-də atəşkəs rejimi demək olar ki, son onillikdə ən kobud şəkildə pozulub. Eyni zamanda, Azərbaycan genişmiqyaslı hərbi quruculuq işləri aparır və Dağlıq Qarabağın ünvanına şifahi təhdidlərin dərəcəsini artırır. 

Bunlardan heç biri Minsk prosesi üçün yaxşı əlamət deyil. Mən səbrsizliklə, ələxsus da bu çətin dövrdə Birləşmiş Ştatların erməni demokratiyasını dəstəkləməsininin nəticələrini gözləyirəm”, - Kris Smit dedi.

Başqa sözlə, konqresmen ABŞ-ı Ermənistanı “hərbiləşdirilmiş Azərbaycandan” qorumağa çağırdı. Belə ki, bu, etirazçıların güc tətbiqi ilə dağıdılaraq 10 nəfərin ölümünə səbəb olan saxtalaşdırılmış Ermənistan prezidentliyinə keçirilmiş seçkilər haqda dinlənilmədə həyata keçirilib.

Azərbaycan-ABŞ münasibətlərinə qəsdən zərər

Beləliklə, bu gün bu siyasətçi, çətin ki onu obyektiv hesab etmək olar – ABŞ Konqresini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Şübhəsiz ki, qanunlayihəsi qəbulu olunarsa iki ölkə arasındakı münasibətlərə ciddi zərər verə bilər.

Ümid ona qalır ki, amerika qanunvericiləri və Ağ ev yetərincə tədbirli və səriştəli olub ABŞ və Azərbaycan arasındakı münasibətlərə nəyin bahasına olursa olsun zərər vuramaq istəyən erməniyönümlü siyasətçinin həyasız planlarını görə biləcək.

Biz artıq dəfələrlə ABŞ-ın regiondakı milli maraqlarına mənfi təsir etməsinə baxmayaraq  ermənipərəst senatorlar (korrupsiya əlaqələri ilə özünü ələ verən Barbara Bakser və Robert Menendes) tərəfindən səfir Brayzanın Azərbaycana təyinatının yubadılmasının şahidi olmuşuq.

Təəssüf ki təsdiq etməliyik ki, ABŞ Konqresi  korrupsiyaya uğramış, dövlət maraqları prizmasından düşünməyi bacarmayan, yalnız özünün qısamüddətli elektoral məqsədləri və maddi maraqları müstəvisindən çıxış edən siyasətçilərlə doludur.

Ehtimal ki, “uzunömürlü konqresmen” Kris Smiti bu vicdansız qardaşlığın  ən parlaq nümayəndəsi  hesab etmək olar. Hazırda  özünü az qala Azərbaycanda “demokratiya səfiri” təqdim edən Kris Smit əməldə “Ermənistanın ən böyük dostudur”.

Bu səxsin səmimiliyinə inanmağa dəyərmi? İlk dəfədən bu sualı cavablandırmağa cəhd edin.

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

Paylaş:
2460

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər