Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı yaradılıb

20:24 - 28 / 12 / 2015
Ümumrusiya Azərbaycan Konqresinin yeni internet portalı yaradılıb

15 ildir fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yeni internet portalı öz işinə başlayıb. 

ÜAK-dan verilən məlumata əsasən, dekabrın 24-də istifadəyə verilən saytın yaradılmasına dair  qərar sentyabrda  Konqresin ümumi iclasında qəbul edilib.

Saytın köhnə domeni (vakmos.org), loqosu  və rəngi saxlanılsa da, sayt indi müasirlik və yığcamlılıq baxımından  daha fərqli görünür. 

Saytın yeni versiyası mobil cihazlar üçün daha optimaldır. Regionlardakı diaspor nümayəndələrinin saytın köhnə versiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, saytda Rusiya Federasiyasının regionlarından olan xəbərlərə daha geniş yer ayrılıb.

Yeni  saytda ÜAK haqqında ətraflı məlumat, yaradılma  tarixi, idarəetmə orqanları, və fəaliyyət istiqamətləri barədə məlumat tapmaq, həmçinin,  “Azərbaycan Konqresi” qəzetinin  bütün nəşrlərinin buradan oxumaq mümkündür.   Saytın "Bizə Yazırlar"  bölməsində hər kəs öz problemləri barədə  ÜAK-a müraciət ünvanlaya, hüquqi məsləhət ala  bilər.

1news.az

Paylaş:
671

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər