Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitablar təqdim olunub | 1news.az | Xəbərlər
Siyasət

Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitablar təqdim olunub

12:28 - 28 / 12 / 2015
Kiyevdə akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş kitablar təqdim olunub

Ukraynanın paytaxtında “Sağlamlığın təhlükəsizliyi məsələsi üzrə qlobal gündəlik” təşəbbüsünə ölkələrin qoşulması ilə əlaqədar beynəlxalq forum başa çatıb.Tədbirdə Almaniya, Danimarka, İtaliya, Səudiyyə Ərəbistanı, ABŞ, Finlandiya və beynəlxalq təşkilatlardan ekspertlər iştirak ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, elmi forum çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilən kitablar təqdim olunub.

Kitabların müəllifi forumda Ukrayna Səhiyyə Nazirliyindən antimikrob rezistentliyi və infeksiya nəzarəti məsələləri üzrə ekspert kimi iştirak edən həmvətənimiz professor Aydın Salmanovdur. O, Ukraynada Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin, Ümumukrayna İnfeksiya Nəzarəti və Antimikrob Rezistentliyi Assosiasiyasının rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa bürosu yanında Ukrayna milli əlaqələndiricisidir. A.Salmanov, həmçinin 20 kitabın müəllifidir. Onlardan 10-u akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Həmin kitablar müxtəlif beynəlxalq forumlarda, o cümlədən Kiyevdə və Avropa İttifaqı ölkələrində təqdim edilib.

A.Salmanov eyni zamanda qeyd edib ki, şəxsən özünün və rəhbərlik etdiyi təşkilatın adından Azərbaycan Prezidenti İlham Əliyevin ad gününü ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi və çoxşaxəli fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmvətənlərinin yaşama yerindən asılı olmayaraq azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinə, diasporumuzun təşkilatlanmış qüvvəyə çevrilməsinə böyük diqqət ayırıb.

Sonda alim xüsusilə vurğulayıb:

“Biz Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təbrikinə görə təşəkkür edirik. Qeyd etmək istəyirəm ki, rəhbəri olduğum təşkilat müxtəlif elmi forumların keçirildiyi yerlərdə Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin milli mənafelərinin qorunması işinə əhəmiyyətli töhfə verir”.

1news.az

Paylaş:
649

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər