MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi | 1news.az | Xəbərlər
Siyasət

MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi

15:56 - 29 / 12 / 2015
MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi

Dekabrın 29-da Milli Məclisin plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsi təsdiq edilib.

1news.az-ın məlumatına görə, qanun layihəsi haqqında məlumat verən deputat Vüsal Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsi hər bir ölkənin hüquq sistemində məsuliyyət müəyyən edən önəmli qanunlardan biridir. Buna görə də Məcəlləyə tez-tez əlavə və dəyişikliklər edilir.

Ölkəmizdə hazırkı İnzibati Xətalar Məcəlləsi 2000-ci il iyunun 11-də qəbul edilib. İndiyədək bu Məcəlləyə 280-dən çox əlavə və dəyişiklik edilib. Bu gün parlamentin müzakirəsinə təqdim edilən İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir.

Məzmun, struktur baxımından təkmilləşdirilən yeni Məcəllə 608 maddə və 40 fəsildən ibarətdir. Mövcud Məcəllə ilə müqayisədə yeni sənədə 5 fəsil və 150 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib ki, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır.

 Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, sənəd normativ-hüquqi aktlar haqqında Konstitusiya qanununa tam uyğunlaşdırılıb. Bir-birini təkrarlayan, qeyri-müəyyən olan maddələr Məcəllədən çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.

Paylaş:
946

Son xəbərlər

Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02
Bütün xəbərlər