"Qərbi Avropada müsəlman icmaları: Fransa və Almaniya nümunəsində" analitik hesabatı dərc olub | 1news.az | Xəbərlər
Siyasət

"Qərbi Avropada müsəlman icmaları: Fransa və Almaniya nümunəsində" analitik hesabatı dərc olub

12:09 - 29 / 12 / 2015
"Qərbi Avropada müsəlman icmaları: Fransa və Almaniya nümunəsində" analitik hesabatı dərc olub

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "SAM-ın şərhləri" adlanan dövri nəşrinin 2015-ci il üçün növbəti sayı çap edilib.

1news.az SAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu dövri nəşrin  mövzusu müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olan, polietnik və çoxkonfessiyalı ölkələrdə tarixən formalaşmış birgəyaşayış ənənəsi kimi multikulturalizm modelinin hazırda Qərb ölkələrində onun üzləşdiyi böhran  kontekstində araşdırılmasına həsr olunub.

Araşdırmanın müəllifləri SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova və məsləhətçi-ekspert Lalə Novruzovadır.

Tədqiqatın aparılması məqsədi ilə Avropanın aparıcı dövlətlərinə - Fransa və Almaniyaya elmi ezamiyyət təşkil edilmiş, bu ölkələrdə müsəlman icmalarının formalaşması, inkişafı və hazırkı vəziyyəti təhlil edilib. Təhlilin əsasını Avropanın iki aparıcı ölkəsində yaşayan, müxtəlif ictimai-siyasi təsisatlarda təmsil olunan 13 etnik-dini müsəlman icmasının nümayəndələri (rəhbər şəxsləri və təmsilçiləri) ilə demokratik dəyərlərin sistemli böhranı, onun səbəbləri və vəziyyətdən çıxış yolları haqqında müsahibələr nəticəsində əldə edilmiş qənaətlər təşkil etmişdir.

Paylaş:
843

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər