Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar" | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar"

16:59 - 30 / 12 / 2015
Əli Həsənov: “Televiziya təkcə biznes sahəsi deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar"

“Dinamik inkişaf edən, müasirləşən, mili dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır”.

1news.az APA-ya istinadla verdiyi xəbərə görə, bunu "Xəzər" TV-nin yeni binasının açılışında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, "Xəzər" TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir: 

“Bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı Prezident İlham Əliyevdir. Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur”.

Ə.Həsənov bildirib ki, televiziya milli mənəvi dəyərlərə, ailə tərbiyəsinə üstünlük verməlidir:

“Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil, televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. "Xəzər" TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır”.

Ə.Həsənov Azərbaycanda mili dəyərlərin, xalqımızın adət-ənənələrin bərqərar olduğunu vurğulayıb:

“Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir”.

1news.az

Paylaş:
962

Son xəbərlər

Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39
Bütün xəbərlər