Kerri uran daşınmasında Azərbaycanın rolundan danışdı - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Kerri uran daşınmasında Azərbaycanın rolundan danışdı - VİDEO

20:09 - 31 / 12 / 2015
Kerri uran daşınmasında Azərbaycanın rolundan danışdı - VİDEO

Uranın İrandan Rusiyaya göndərilməsində Azərbaycanın rolu olub. Bu haqda ABŞ dövlət katibi Con Kerri danışıb. 

ANS TV-nin məlumatına görə, dövlət katibi bildirib ki, İran tərəfindən istehsal olunan uranın Rusiyaya göndərilməsi nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi baxımından mühüm addımdır. O həmçinin göyərtəsində 11 ton aşağı səviyyədə zənginləşdirilmiş uran olan gəminin artıq İrandan Rusiyaya yola düşdüyünü də qeyd edib. 

ABŞ dövlət katibi bir neçə ölkənin prosesdə vacib rol oynadığını da vurğulayıb: “Müştərək hərəkət planı haqqında razılaşmaya dair danışıqlarda Qazaxıstanın iştirakı mühüm oldu”.

C.Kerri - ABŞ dövlət katibi

O həmçinin bu prosesdə Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.

Hər il 300 kq-a yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır.

Anspress.com

Paylaş:
1028

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər