XIN: "Dubayda baş vermiş yanğında vətəndaşlarımız arasında xəsarət alan yoxdur" | 1news.az | Xəbərlər
Siyasət

XIN: "Dubayda baş vermiş yanğında vətəndaşlarımız arasında xəsarət alan yoxdur"

19:20 - 01 / 01 / 2016
XIN: "Dubayda baş vermiş yanğında vətəndaşlarımız arasında xəsarət alan yoxdur"

Dubayda mehmanxanada baş verən yanğın hadisəsi haqqında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır  və məsələni nəzarətdə saxlayır. 

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur. 

Paylaş:
798

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər