Ceyms Uorlik Konqresin nüfuzlu nümayəndəsi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik Konqresin nüfuzlu nümayəndəsi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

09:45 - 07 / 01 / 2016
Ceyms Uorlik Konqresin nüfuzlu nümayəndəsi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə Dağlıq Qarabağla bağlı müzakirələr aparıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr özünün Twitter səhifəsində qeyd edib: 

“Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz, münaqişənin nizamlanması istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik”.

Qeyd edək ki, ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya aktı-2015" adlı qanun layihəsi əvvəlcə Ed Roysun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. 

1news.az

Paylaş:
799

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər