Əli Kərimlinin əmisi oğlu azərbaycanlı məmurların övladlarını öldürməklə hədələdi
Azərbaycan Xalq Cəbhəsi (AXC) partiyasının lideri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov daha əvvəl İŞİD terror təşkilatını Azərbaycana cağırırdısa, indi də azərbaycanlı məmurları uşaqlarını öldürməklə hədələyir.
1news.az xəbər verir ki, AXCP liderinin qohumu “Azadlıq” qəzetinin redaktoru və “Azərbaycan saatı” proqramının aparıcı Qənimət Zahidin Feysbuk şəbəkəsindəki statusuna şərhində bu hədələri yazıb.
Zahidin statusu: “Bu gün səhər tezdən aldığım bir xəbərdə belə iddia edildi: “Avropada xüsusi fəallığı ilə seçilən azərbaycanlılara qarşı xüsusi “ləğvetmə” qərarı verilib. “Örtülü terror” ola bilər. Açıq şəkildə güllələmə, döyüb öldürmə deyil, sadəcə Litvinenko işində olduğu kimi”
Kərimov isə öz şərhində bildirib: “Bu yazinin ciddiliyinə hec bir şübhəm yoxdur...Amma mən Avropaya gəlməmişəm ki,yenə ... yemi olum..Mən Avropaya gəlmişəm ki,yaşayib qisasimi ala bilim...Odur ki,Baş vermiş ilk hadisədə ... .....(məmurlardan birinin oğlunun adını çəkir) kəsilmiş başi əlimdə şəkil paylaşaram...Avropanin türməsi Azərbaycanin hazirki yaşamindan 100 dəfə üstündür...Və bilin ki,verdiyiniz bu qərar ilk növbədə süd cəlləyində bəslədiyiniz arvadvari balalarinizin başinda catlayacaq...Di haydi buyurun,məndən başlayin...”
Qənimət Zahidin təxəyyülünün məhsulu olan əsaslandırılmamış yazısına şərhdə zorakılıqla bağlı açıq təhdid hiss olunur.
Kərimovun artıq dəfələrlə təkrarlanan aqressiv çıxışlarını nəzərə alaraq demək olar ki, bu fakt Fransa polisinin araşdırmasına səbəb ola bilər. Belə ki, Kərimovun hazırda yaşadığı Fransada yaxınlarda fanat-miqrantların terror hücumlarından zərçənlərin olduğunu nəzərə alaraq bunu ehtimal etmək olar.