Yekun iclas: Prezidentin məzmunlu nitqi və qarşıda duran vəzifələr | 1news.az | Xəbərlər
Siyasət

Yekun iclas: Prezidentin məzmunlu nitqi və qarşıda duran vəzifələr

17:45 - 14 / 01 / 2016
Yekun iclas: Prezidentin məzmunlu nitqi və qarşıda duran vəzifələr

Faktiki olaraq, Azərbaycan hökumətinin fəaliyyətinin hesabatı xarakteri daşıyan Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına ekspertlərin marağı böyük oldu.

Burada keçən ilin dünya səviyyəsində ziddiyyətli proseslərlə xarakterizə olunması, o cümlədən milli valyutaların devalvasiyasının özünü göstərməsi də əlavə təsiredici faktor rolunu oynayıb. Prezident İlham Əliyev tədbirdə geniş və əhatəli nitq söyləyərək, ölkənin 2015-ci ildə əldə etdiyi nailiyyətləri dolğun ifadə edib. Həyata keçirilən proqramlar göstərib ki, Azərbaycan doğru yoldadır və onun inkişafı davam edir. Bununla yanaşı, ölkə rəhbəri 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirib və onların yerinə yetirilməsi üçün ciddi tapşırıqlar verib. Təhlillər göstərir ki, Azərbaycan davamlı inkişaf kursunu yeni səviyyəyə qaldırmaq əzmindədir. Bu, çox mühüm məqamdır.

Daxili inkişaf və regionda sabitləşdirici rol

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası bir çox mənada əhəmiyyətli hadisə oldu. Dövlət başçısının həmin tədbirdə irəli sürdüyü fikirlərə ekspertlər ciddi maraq göstərirlər. Orada Prezidentin ölkədaxili sosial-iqtisadi məsələlərlə yanaşı, qlobal miqyasda cərəyan edən geosiyasi proseslərə də qiymət verməsi Azərbaycanın müstəqil siyasət kursunu bir daha təsdiq etdi. Xüsusilə bütövlükdə dünyada mürəkkəb iqtisadi, maliyyə və geosiyasi durumun yaranması aspektində həmin məqam böyük önəm kəsb edir.

Digər vacib faktor ölkə rəhbərinin qarşıda duran vəzifələr haqqında konseptual və sistemli şəkildə ideyalar irəli sürməsi, həyata keçirilməli olan tədbirlər kompleksini lakonik ifadə etməsi ilə bağlıdır. Bir daha göründü ki, Azərbaycan rəhbərliyinin aydın və düşünülmüş fəaliyyət planı mövcuddur. Azərbaycan hökuməti onu reallaşdırmaqda qətiyyətlidir.

Konkret olaraq, Prezident İlham Əliyev 2015-ci ildə sosial-iqtisadi sahədə inkişafa nail olunduğunu faktlarla göstərdi. Əvvəlcədən nəzərdə tutulan bütün sosial proqramlar gerçəkləşdirilib. Bu, mürəkkəb şəraitdə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin göstəricisidir. Bütün çətinliklərə və gözlənilməzliklərə baxmayaraq, keçən müddət ərzində sosial sferada islahatlar dönmədən həyata keçirilib. Statistik rəqəmlər təsdiq edir ki, bu istiqamətdə Azərbaycan Cənubi Qafqazın ən uğurlu ölkəsi sayıla bilər.

Həmin sırada sosial infrastruktur layihələrinin icra olunmasını ayrıca vurğulamaq gərəkdir. Belə ki, bu, bütövlükdə iqtisadi sistemdə islahatların düzgün qaydada aparılmasının göstəricisidir. İnfrastruktur sahələrində həyata keçirilən proqramlar üzrə Azərbaycan neçə ildir ki, MDB məkanının liderlərindən biridir. O, sosial-rifah dövləti qurmaq kursunu seçdiyini dünyaya nümayiş etdirməkdədir. Ünvanlı sosial yardımlar sferasında ölkənin əldə etdiyi nailiyyətlər bunun əyani təsdiqlərindən biridir.

Prezident nitqində yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələlərinə də toxunub. Bu məsələ hazırda bütün postsovet məkanı ölkələri üçün aktualdır. Azərbaycan rəhbərliyi uzun illərdir ki, həmin istiqamətdə ciddi proqramlar həyata keçirir və bu proses 2015-ci ildə də uğurla davam etdirilib. Prezident İlham Əliyevin ölkənin müxtəlif bölgələrinə səfərlərini və hər səfərində mühüm bir obyektin açılışında iştirakını hər bir vətəndaş xatırlayır.

Azərbaycanın müxtəlif rayonlarında yolların çəkilməsi, iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması və zavodların, fabriklərin işə salınması istiqamətində Prezident konkret addımlar atıb (bax: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 10 yanvar 2016).

Onu nəzərə almaq gərəkdir ki, bütün bunlar dünyanın hətta ən yüksək inkişaf etmiş regionlarında belə kütləvi maliyyə böhranının hökm sürdüyü bir mərhələdə həyata keçirilib. Deməli, Azərbaycan müstəqil daxili siyasət yeridir, onun sosial-iqtisadi sistemi müstəqil və fasiləsiz işləyə bilir. Öz-özünü inkişaf etdirməyin bu modeli çox perspektivlidir. Çünki qloballaşma şəraitində adətən müxtəlif ölkələrin iqtisadiyyatları bir-birindən asılı olur. Belə görünür ki, Azərbaycan rəhbərliyi bu iki aspektin optimal sintezini tapa bilib. Nəticədə, bütün hallarda ölkə daxilində sosial və iqtisadi inkişafa nail olunub.

Bunlarla yanaşı, Azərbaycan 2015-ci ildə enerji və nəqliyyat sahəsində mühüm addımlar atıb. Prezident İlham Əliyev bu bağlılıqda Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin rolunu ayrıca qeyd edib. Eyni zamanda, nəqliyyat infrastrukturu təkmilləşib, Yeni İpək Yolu layihəsinin həyata keçirilməsi üçün Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bakı həm də müəyyən səbəblərdən Azərbaycandan keçməli olan türk yük maşınları üçün lazım olan şəraiti yaradıb. Ölkənin nəqliyyat dəhlizi kimi etibarlı tərəfdaş olduğu 2015-ci ildə bir daha təsdiq olunub.

2016-nın perspektivləri: islahatların yeni səviyyəsi və geosiyasətdə fəallıq

Daxildə gedən bu proseslərin fonunda Azərbaycanın böyük beynəlxalq tədbirlərə də ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır. Bu sırada birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi tarixi hadisədir. Azərbaycan bu tədbiri yüksək səviyyədə həyata keçirib. Bununla yanaşı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edən, multikulturalizmi inkişaf etdirən müxtəlif proqramlar uğurla reallaşdırılıb. Məsələnin bu tərəfi dövlət başçısının Nazirlər Kabinetinin yekun iclasında xüsusi vurğuladığı bir sıra vacib məqamlarla sıx bağlıdır.

Biz, hər şeydən əvvəl, Prezidentin dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıqla bağlı söylədiyi fikirləri nəzərdə tuturuq. Azərbaycan regionun lider dövləti kimi bu gedişatdan narahatlıq keçirir. Ölkə rəhbəri həmin təhlükəli proseslərin müsbət məcraya yönəldilməsi üçün səylərini əsirgəməyəcəyini bəyan edib. Bu, çox mühüm faktordur. Çünki rəsmi Bakı növbəti dəfə bəyan edir ki, "Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq" (bax: əvvəlki mənbəyə).

Cənubi Qafqazda bu rolu yerinə yetirə biləcək ikinci dövlət yoxdur. Azərbaycan elə bir inkişaf səviyyəsinə çatıb ki, regional və qlobal miqyasda cərəyan edən müxtəlif xarakterli proseslərə pozitiv təsir göstərmək imkanına malikdir. Dövlət başçısı indi Yaxın Şərqdə yüz minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsindən narahatlığını ifadə edib, vaxtilə Azərbaycanın da bu problemlərlə üzləşdiyini vurğulayıb.

Azərbaycan həmin problemlərin həllində təcrübəyə malikdir. Onun əldə etdiyi təcrübədən başqaları da istifadə edə bilər. Digər tərəfdən, indi qaçqın və məcburi köçkün problemi ilə üzləşən və vaxtilə laqeyd mövqedə duran bir sıra Avropa dövlətləri Azərbaycanı yaxşı başa düşməlidirlər. Məsələnin bu cəhəti də bizim üçün əhəmiyyətlidir.

Azərbaycan rəhbərliyinin Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsinə də münasibəti maraq doğurub. Prezident yaxın qonşuların əlaqələrinin normal məcraya dönməsi üçün çalışacağını bildirib, eyni zamanda, müsəlman aləmində ziddiyyətlərin meydana gəlməsinin qarşısının alınması zərurətini də vurğulayıb. Göründüyü kimi, Azərbaycan rəhbəri geosiyasi sabitlik və regional əməkdaşlıq istiqamətlərində aktiv fəaliyyətini davam etdirməkdə qətiyyətlidir.

Bütün bunlarla yanaşı, ölkə başçısı 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyən edib. İndi neftdən asılı olmayan güclü iqtisadiyyatın yaradılması prosesi sürətləndirilməli, çevik idarəetməyə nail olunmalı və bütün sahələrdə islahatlar yeni səviyyəyə qaldırılmalıdır. 2016-cı il üçün anti-böhran proqramı adlana biləcək konkret işlər həyata keçirilməlidir.

Prezident İlham Əliyev burada 5 əsas nəticəni xüsusi vurğulayıb: Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması; struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinın yaradılması; iqtisadi və sosial həyatın bütün sahələrində qərar qəbulu prosesinin "ASAN"laşması, büdcə vəsaitindən səmərəli istifadə edilməsi, maliyyə nəzarətinin gücləndirilməsi və bu sahədə şəffaflığın tam təmin olunması; süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda, cəza tədbirlərinin də görülməsi; biznes mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, bank sektorunda islahatların aparılması, tikinti sahəsində açıq tenderlərin keçirilməsi və s.

Bunlar, faktiki olaraq, ölkənin yeni islahatlar mərhələsinə keçidi deməkdir. Əlamətdar haldır ki, bu xətt dünya miqyasında ciddi böhranların baş verdiyi bir şəraitdə həyata keçirilir. Belə çıxır ki, Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxmağa qadirdir. Bu, çox sevindiricidir və böyük ümidlər yaradır.

Newtimes.az

Paylaş:
1098

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər