Milli Məclis Azərbaycanla Vyetnam arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi təsdiq edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis Azərbaycanla Vyetnam arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi təsdiq edib

21:46 - 14 / 01 / 2016
Milli Məclis Azərbaycanla Vyetnam arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi təsdiq edib

Milli Məclis Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi təsdiq edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib.

1news.az

 

Paylaş:
766

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər