PA rəsmisi: “Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı” | 1news.az | Xəbərlər
Siyasət

PA rəsmisi: “Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı”

13:22 - 18 / 01 / 2016
PA rəsmisi: “Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı”

“Dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Çətinliklərin yaşanmasında təəccüblü hansısa məqam yoxdur”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərin olduğundan qat-qat güclüdür:

“O illərdən fərqli olaraq bu gün Azərbaycan xalqı daha mətindir. Dövlətlə xalqın əlbir olması çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, Azərbaycanda gözü olan, Azərbaycanı öz yedəyində aparmağa çalışan xarici dairələr bu vəziyyətdən istifadə etməklə dəridən qabıqdan çıxır.

Azərbaycandakı “5-ci kolon” da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqa zidd əməllərə yol verməklə, qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışır. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər”.

Ə. Mehdiyev qeyd edib ki, Azərbaycana uzanan əllərin kəsiləcək, xarici dairələrin məqsədlərinə çatmasına imkan verilməyəcək:

“Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”.

1news.az

Paylaş:
769

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər