Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi “Deutschlandfunk” radiosunun rəhbərliyinə etiraz məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi “Deutschlandfunk” radiosunun rəhbərliyinə etiraz məktubu ünvanlayıb

10:17 - 18 / 01 / 2016
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi “Deutschlandfunk” radiosunun rəhbərliyinə etiraz məktubu ünvanlayıb

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da  Almaniyanın “Deutschlandfunk” radiosunda  yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

1news.az-ın məlumatına görə, belə ki, reportajın müəllifi Sven Toniges adlı jurnalist  bir qrup alman  turistlə birgə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib və tamamilə qərəzli bir reportaj hazırlayıb.

Etiraz məktubunda bildirilir ki,  jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə gəlib. Bu səbəbdən də Ermənistanın işğalı altında olan və dünya dövlətləri tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır.

“Minlərlə azərbaycanlınını bir araya gətirən  bir təşkilat olaraq bildiririk ki,   jurnalist Tonigesin bu formatda səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Çünki, Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa Birliyinə öz tövsiyələrini təqdim edir. Buna görə də alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir”- deyə, müraciətdə deyilir.

Məktubun sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

1news.az

Paylaş:
583

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər