Rasim Musabəyov İrana qarşı sanksiyaların ləğvinin Azərbaycana verəcəyi imkanlar haqda
MAQATE İranın nüvə proqramı ilə bağlı bütün tələblərə əməl etməsini təsdiq edib. “Altılığ”ın şərtləri çərçivəsində ABŞ və Avropa İttifaqı İran İslam Respublikasına (İİR) qarşı irəli sürülmüş sanksiyalar ləğv olunub.
İndi Tehran “dondurulmuş” maliyyə ehtiyatlarına göstəriş vermək, bank köçürmələri həyata keçirmək və göstərdiyi xidmət və məhsula görə ödəniş ala bilmək,Qərb neft bazarlarında sərbəst neft və qaz satışını həyata keçirmək, sərmayələr cəlb etmək, Qərbin yüksək keyfiyyətli avadanlıq və texnika əldə edə bilmək imkanlarına malikdir.
Bu xəbəri İranda böyük sevinclə qarşılasalar da, lakin Səudiyyə Ərəbistanında və eləcə də Körfəzin bir sıra ərəb dövlətlərində belə deyək ki, açıq şəkildə bəyənilmədi. Lakin bizi ilk növbədə bu hadisənin Azərbaycan-İran münasibətlərinə necə təsir edəcəyi, eyni zamanda onun regiona təsirləri maraqlandırmalıdır.
Skeptiklərin fikrincə, İranın təcriddən çıxması ABŞ və NATO-nun gözündə Azərbaycanın geosiyasi əhəmiyyətini azaldacaq. Eyni zamanda İran neft və qazının artırılması onsuz da çox aşağı olan enerji resurslarımızapis təsir edəcək ki, bu da ümumilikdə ölkə üçün çox ağrılıdır. Bu fərziyyələrin müəyyən məntiqi var.
İlk növbədə, İranın nüvə proqramını nizamlanması bizim iradəmizdən kənardır və həqiqəti olduğu kimi qəbul etmək lazımdır. İkincisi də, bu məsələnin alternativi olaraq, yəni diplomatik yolla nizamlamlanmasınınAzərbaycan, eyni zamanda bütün Cənubi Qafqaz üçün son dərəcə ağır nəticələri ola bilər. Buna görə də, İran nüvə proqramının nizamlanması və cənub qonşmuzun sanksiya rejimindən çıxarılmasını ümumi olaraq müsbət hal kimi qiymətləndirmək və potensial riskləri də nəzərə almaqla yaranmış imkanlarndan istifadə etmək lazımdır.
İİR-nın sanksiya rejimindən çıxması İran-Azərbaycan iqtisadi münasibətlərinin həcminin artırılmasına, irimiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək. İlk növbədə bu, Şimal-Cənub dəmiryolu dəhlizi; Rusiya-Azərbaycan enerji körpüsü; TANAP-dan istifadə olunmaqla İran qazının Avropa bazarlarına nəql olunması; Araz çayı üzərində su qovşağı və elektrik stansiyasının tikilməsi və başqalarıdır.
SOCAR-ın neft yataqlarının aşkarlanmasında böyük təcrübəyə malik olan neftçiləri bu istiqamətdə İrana yardım edə bilərlər.
Təcriddən çıxmış İrana gəlincə isə, o, bunu əminliklə Azərbaycana qarşı təzyiq kimi də istifadə edə bilər. Belə ki, bu yaxınlardahakimiyyət orqanlarının Nardaranda və digər yerlərdə İİR-nin müyyən çərçivəyə daxil güclərinin təsiri ilə radikal qrupların zərərsizləşdirilməsi istiqamətində apardığı işlər onu gösətirir ki, heç bir “beşinci kalonun”– nə qərbyönümlü, nə rusyönümlü, nə də iranyönümlünün –ölkəmizdə yeri yoxdur.
İranın təcrid olunmadan çıxışından sonra xarici siyasi arenada rolu artacaq, lakin bunu şişirtmək lazım deyil. İİR-nin aparıcı regional dövlətəçevrilməkimkanı asan və tez olmayacaq.
Ərəb ölkələrinin ehtiyatlı və düşmən reaksiyası hər kəsə bəllidir. İsrailin bu istiqamətdə mövqeyi mənfidir. ABŞ, hazırki vaxta qədər qüvvədə olan saksiyaları götürmədən, artıq İrana qarşı raket proqramı üzərində yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Maliyyə və müasir texnologiyalar sahəsində məhdudiyyətlər hələ də qüvvədədir. İranın qonşu dövlətlərə şiə ideologiyası bayrağı altında qarışması, ələxsus da terrorizmə meyilli radikal qruplardan istifadə etməsi, beynəlxalq ictimaiyyətin adekvat reaksiyası ilə qarşılaşacaq.
İranın sanksiyalardan çıxarılması ilə əlaqədar yaranmış yeni vəziyyət ölkələrimiz arasında mehriban qonşuluq münasibətləriüçün yeni perspektivlər açacaq vəbunu həm Tehranın, həm də Bakının maraqlarına uyğun istifadə edəcək.