Beyləqanda 13 yaşlı qız səhvən sirkə içib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda 13 yaşlı qız səhvən sirkə içib

16:22 - 17 / 10 / 2025
Beyləqanda 13 yaşlı qız səhvən sirkə içib

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.

1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.

Paylaş:
302

Son xəbərlər

Bütün xəbərlər