Böyükşor gölündə köpüklənmə nədən yaranır? - Ekspertdən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyükşor gölündə köpüklənmə nədən yaranır? - Ekspertdən AÇIQLAMA - FOTO

Qafar Ağayev15:53 - 03 / 10 / 2025
Böyükşor gölündə köpüklənmə nədən yaranır? - Ekspertdən AÇIQLAMA - FOTO

Böyükşor gölündə lentə alınan və redaksiyamıza göndərilən görüntülərdə suyun üzərində ağ köpüyü xatırladan maddənin əmələ gəldiyi görünür.

İlk baxışdan təbii prosesə bənzəsə də, bu hal, insanlarda narahatlığa səbəb olur. Əsas sual budur: görülən mənzərə gölün çirklənməsinin nəticəsidir yoxsa, təbii prosesin təsiri?

Məsələ ilə bağlı 1news.az-da danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, belə köpüklənməsinin baş verməsi normaldır.

“Orada su çox duzludur. Külək əsib qarışma yaratdıqda oksigen suda həll olur və nəticədə köpüklənmə əmələ gəlir. Yəni səbəb yalnız budur, əlavə bir amil yoxdur.

Bu hal “rafa” adlanır. Rafa – çox duzlu su deməkdir. Yəni həmin suda duzun miqdarı o qədər yüksəkdir ki, dalğalandıqca köpüklənmə əmələ gəlir. Bu zaman duz deterjent rolunu oynayaraq köpüklənməyə səbəb olur. Belə köpüklənmənin baş verməsi heç bir ekoloji təhlükəsi yoxdur”

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər