Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək

16:05 - 19 / 01 / 2016
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikanın paytaxtı Brüssel şəhərinə yola düşüb.

1news.az-ın məlumatına görə, Brüsseldə NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.

Görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

1news.az

Paylaş:
657

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər