ATƏT PA sədri Azərbaycana səfər edəcək
![ATƏT PA sədri Azərbaycana səfər edəcək](/images/articles/2016/01/20/thumb_20160120103953025.jpg?2021-02-17+09%3A23%3A32)
ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25 tarixlərində Azərbaycana səfər edəcək.
1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.
1news.az
571