Yavər Camalov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
1news.az-ın məlumatına görə, nazir Y.Camalov Azərbaycanla Çexiya arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıbvə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.
Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir V.Pivonka səmimi görüşə görə minnətdarlığını bildirib.
1news.az
860