XİN erməni KİV-lərinin növbəti yalanını ifşa elədi | 1news.az | Xəbərlər
Siyasət

XİN erməni KİV-lərinin növbəti yalanını ifşa elədi

10:05 - 21 / 01 / 2016
XİN erməni KİV-lərinin növbəti yalanını ifşa elədi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin fermerlərinin İrana səfər etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

1news.az-ın məlumatına görə, Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşməsi barədə məlumat yayılıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələnin araşdırıldığını və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında  qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub”- deyə, H.Hacıyev qeyd edib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər