Müdafiə Nazirliyi: Ermənistan 2015-ci ildə 276 nəfərdən artıq itki verib – SİYAHI
Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Nazirlikdən bildiriblər ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Müdafiə Nazirliyindən bildiriblər ki, Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
“Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.
2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.
Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.
Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası
03.01.2015 |
Zabit Karen Qriqoryan |
05.01.2015 |
Soyadı göstərilməyən 2 hərbi qulluqçu |
05.01.2015 |
Каren Mirzəyan |
17.01.2015 |
Hərbi qulluqçu Arman Arutyunyan |
17.01.2015 |
Маyor Artur Vardevanyan |
20.01.2015 |
Hərbi qulluqçu Suren Pilosyan |
21.01.2015 |
Hərbi qulluqçu Naapet Asatryan |
21.01.2015 |
Kiçik çavuş Arman Udumyan |
23.01.2015 |
Leytenant Karen Qalustyan |
26.01.2015 |
Baş leytenant Samvel Zurabyan |
29.01.2015 |
Aykaz Barseqyan |
05.02.2015 |
Hərbi qulluqçu Şekspir Akopyan |
11.02.2015 |
Baş leytenant Tiqran Simonyan |
14.02.2015 |
Kiçik çavuş Arman Osipyan |
27.02.2015 |
Albert Safaryan |
28.02.2015 |
Artak Aqekyan |
03.03.2015 |
Arsen Karapetyan |
06.03.2015 |
Samvel Mirzəyan |
19.03.2015 |
Akop Xaçaturyan |
21.03.2015 |
Çavuş Ayk Marqaryan |
29.03.2015 |
Ovsep Andreasyan |
07.04.2015 |
Baş gizir Ayk Keşioqlyan |
10.04.2015 |
Əsgər Artur Arakelyan |
17.04.2015 |
Əsgər Artem Tovmasyan |
08.05.2015 |
Əsgər Arutyun Ambaryan |
29.05.2015 |
Xdr Saroyan |
05.06.2015 |
Mayor Sarkis Maykl S. |
07.06.2015 |
Sirak Gevorqyan |
11.06.2015 |
Edqar Melkonyan |
26.06.2015 |
Müqaviləli Arman Epremyan |
30.06.2015 |
Leytenant Marvik Məlikyan |
05.07.2015 |
Sasun Ziroyan |
22.07.2015 |
Qalust Verdoyan |
05.08.2015 |
Arsen Unanyan |
12.08.2015 |
Siravi Karen Ovanesyan |
16.08.2015 |
İvan Babayan |
19.08.2015 |
Müqaviləli əsgər Aşot Ovanesyan |
03.09.2015 |
Ayk Devoyan |
04.09.2015 |
Marat Xaçanyan |
04.09.2015 |
Mayor Qriqor Saakyan |
06.09.2015 |
Hərbi qulluqçu Narek Arutyunyan |
18.09.2015 |
Hərbi komisar Derenik Papyan |
21.09.2015 |
Zabit Suren Davtyan |
25.09.2015 |
Hərbi qulluqçular |
14.10.2015 |
Babken Saruxanyan |
24.10.2015 |
Arutyun Akopyan |
05.11.2015 |
Levon Tonoyan |
06.11.2015 |
Xaçik Poqosyan |
13.11.2015 |
Vaqa Vanoyan |
15.11.2015 |
Vardan Mamikonyan |
28.11.2015 |
əsgər Qevorq Xaçaturyan |
30.11.2015 |
Bir nəfər həlak olan |
04.12.2015 |
Erik Qriqoryan |
09.12.2015 |
Qarik Avanesyan |
11.12.2015 |
Leytenant Vardan Vardanyan |
12.12.2015 |
Karen Qriqoryan |
18.12.2015 |
Qor Oqanyan |
19.12.2015 |
Sidar Aloyan |
20.12.2015 |
Kəşfiyyat zabiti Taron Karapetyan |
21.12.2015 |
Əsgər Stepan Qalustyan |
25.12.2015 |
Karen Akulyan |
1news.az