Kamal Abdullayev: "Azərbaycanda erməni fobiyası yoxdur "
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində limit hələ tükənməyib”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunma limitini itirməyib: "Məsələnin başqa bir məcraya düşməməsi Azərbaycanın dünya ölkələrinə olan hörmətinin nəticəsidir. Bizim erməni vətəndaşlarımız var və onlar vaxt gələcək Azərbaycan qanunları çərçivəsində yaşamaq ehtiyacı hiss edəcəklər".
K. Abdulla xatırladıb ki, ermənilər xalq diplomatiyası çərçivəsidndə Bakıya gəldiyi zaman onlar burada erməni dilində kitabların hələ də saxlandığına təccüblənib. “Bu bir daha Azərbaycan xalqının dini , intellektual və mənəvi dəyərlərə münasibətini sübut edir”.
“Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bizdə erməni fobiyası yoxdur. Azərbaycan cəmiyyətində və xalqında onlarla əvvəllər olduğu kimi birgə yaşamaq potensialı var".
1news.az