Azərbaycan diasporunun nümayəndələri milli mədəniyyətlər festivalında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diasporunun nümayəndələri milli mədəniyyətlər festivalında iştirak edəcək

23:30 - 24 / 01 / 2016
Azərbaycan diasporunun nümayəndələri milli mədəniyyətlər festivalında iştirak edəcək

Yanvarın 30-da Murmansk Mədəniyyət və xalq yaradıcılığı sarayında “Dostluq bayramı” adlı vilayət milli mədəniyyətlər festivalı keçiriləcək.

Tədbir Murmansk vilayətinin ərazisində yaşayan xalqların ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə və populyarlaşdırılmasına, millətlərarası əlaqələrin möhkəmlənməsinə, tolerantlıq və qarşılıqlı hörmət münasibətlərinin bərqərar olmasına, böyüyən nəslin Rusiyanın xalqlarının ənənələri ilə tanışlıq vasitəsilə onların mədəni dəyərlərinə yiyələnməsinə yönəlib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn ŞükürovunAZƏRTAC-a verdiyi məlumata görə, festivalda, müxtəlif milli birliklərin üzvləri ilə yanaşı, Rusiya Federasiyasının Murmansk vilayətindəki Azərbaycan diasporunun nümayəndələri də iştirak edəcəklər.

Festival iştirakçıları milli bayram fraqmentini səhnələşdirilmiş zarisovka şəklində göstərəcəklər.

Bundan başqa, dekorativ-tətbiqi yaradıcılıq sərgisi də keçiriləcək. İştirakçılar milli geyimdə kukla düzəldəcək, milli diasporun fəaliyyəti haqqında materiallar, həmçinin dekorativ-tətbiqi və təsviri incəsənətlər məmulatları, milli məişət əşyaları, milli yeməklər hazırlayacaqlar.

AZƏRTAC

Paylaş:
950

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər