İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı Xocalı faciəsini soyqırımı kimi tanıyıb | 1news.az | Xəbərlər
Siyasət

İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı Xocalı faciəsini soyqırımı kimi tanıyıb

14:38 - 25 / 01 / 2016
İƏT-ə üzv ölkələrin Parlamentlər İttifaqı Xocalı faciəsini soyqırımı kimi tanıyıb

İraqın paytaxtı Bağdadda işini yekunlaşdıran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransında, “İslam Konfransı Gənclər Forumu (İKGF) ilə İƏT Pİ arasında əməkdaşlıq” başlıqlı və iki qurum arasında Xocalı soyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. 

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İKGF-nin mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir, Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınır.

Qətnamədə həmçinin soyqırımı törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa da öz əksini tapıb.

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb, hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

1news.az

Paylaş:
942

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər