Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi bölmələrimiz tərəfindən nəzarətə götürülüb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi bölmələrimiz tərəfindən nəzarətə götürülüb

1news Redaksiyası19:00 - 25 / 01 / 2016
Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi bölmələrimiz tərəfindən nəzarətə götürülüb

Bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadla Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.

1news.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq edərək bildiriblər ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.

1news.az

Paylaş:
1602

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər